Gələcəyin əczaçıları üçün
Əczaçılıq tədrisi proqramımız dərman preparatlarının hazırlanması, saxlanılması və tətbiqi sahəsində peşəkar biliklərə yiyələnmək istəyən tələbələr üçün nəzərdə tutulmuşdur. Tədris prosesində farmakologiya, dərmanların təsir mexanizmləri və aptek idarəçiliyi ilə bağlı həm nəzəri, həm də praktiki dərslər təşkil olunur.
Kurs yüksək ixtisaslı əczaçı-mütəxəssislər tərəfindən idarə olunur. Tədrisi müvəffəqiyyətlə başa vuran iştirakçılara rəsmi sertifikat verilir, bu isə onlara əczaçılıq sektorunda etibarlı və savadlı mütəxəssis kimi fəaliyyət göstərmələri üçün geniş qapılar açır.
Ətraflı məlumat almaq və ya tədris proqramına qeydiyyatdan keçmək üçün bizimlə əlaqə saxlayın:
WhatsApp-a Yaz