Academy Aesthetic by UH – estetika, kosmetologiya və peşəkar təhsili bir araya gətirən müasir gözəllik akademiyasıdır. Mərkəz həkim-kosmetoloq Dr. Ülkər Həsənovanın rəhbərliyi ilə fəaliyyət göstərərək, beynəlxalq standartlara uyğun xidmət və tədris prinsiplərini əsas götürür.
Məqsəd və Prinsiplər
Bizim əsas məqsədimiz hər bir müraciət edən şəxsin təbii gözəlliyini qorumaq, estetik görünüşünü daha da mükəmməlləşdirmək və kosmetologiya sahəsində peşəkar mütəxəssislərin yetişməsinə töhfə verməkdir.
Biz yalnız estetik nəticə deyil, eyni zamanda təhlükəsizlik, keyfiyyət, etibar və davamlı inkişaf prinsiplərinə sadiqik. Hər bir prosedur və hər bir dərs yüksək peşəkarlıq, məsuliyyət və fərdi yanaşma əsasında həyata keçirilir.
Xidmətlər və Texnologiya
Akademiyamızda müasir avadanlıqlar, innovativ metodlar və elmi əsaslara söykənən yanaşma ilə geniş spektrli kosmetoloji xidmətlər təqdim olunur.
Müalicəvi və inyeksion kosmetologiya prosedurları, eləcə də kök hüceyrə texnologiyası ilə saç və qaş əkimi sahəsində fərdi yanaşma tətbiq edilir və hər bir pasiyent üçün xüsusi müalicə planı hazırlanır.